از سراسر وب

Elvin Nasir – Misra MP3 indir, dinle

Mp3 Semti – Şarkı İndirme Sitesi istanbulmusic.xyz – Müzik Dinle & Şarkı Dinle


Pəmbeyi daği-cünun içrə nihan olan bədən

Mənə qalmaz, bilirəm, Füzulidən çəkib gedən.

Kafirin titrəyişi, haqqın batan səsi,

Mənəm o bıçaq soyulmuş Nəsiminin dərisi.

Həmin o çarmıxa şahidlik edən məkan mənəm,

Elə bir məkan olmuşam ki, məkanə sığmışam,

Hansı ki, şair o vaxt sığmayıbdır cahanlara,

O qədər acizəm ki, mən bu cəhanə sığmışam.

Nizaminin qələmindən çıxan ol Məcnunun

Kor olan gözləriyəm, dərdi-qübar gəlmiş idi.

Sarayın şairinin xalçasıyam, gördüm mən,

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi.

Müşfiqtək məni sürgün eləyin, güllələyin,

Mərminin qiyməti sözdən, bu şeirdən də baha.

Yenə ol bağ olacaq, yenə o siz gələcək,

Daha yoxdur şair, o bağ da yoxdu daha.

Hamı yatmış oyaqdı bir Allah, bir də ki mən,

Nə üçün gözlədibdi Sürəyya ol Şəhriyarı?

Çəkdiyi siqaretdən ərşə çıxan tüstü mənəm,

Necə ulduz sayaraq gözləyirdi bir gecə yarı?

Mənəm ol mey ilə xanə və içilməyən şərab,

Saçımın telləri ağ, gözlərimin rəngi sarı idi.

Görəsən öyrənə bilmişmi Vahidin ruhu

Həmin o gözəl nazənin kimin istəkli yarı idi?

Gecədən gündüzə idrakda yol açmış Allah,

Mən həmin yolda saralmış çürüyən bir ağacam.

Və mənim ruhumu sözlə doyuran Bəxtiyarın

Ölüm almış bədənindən də həmin gündən acam.

Yandı öz sözlərinin hikmətində Məşədi baba,

Belə vermiş ki qərar "Közüm də mənlə gedəcək".

Getdi Aydın və Vüqar bu dünyadan söz qoyaraq,

Ancaq ki, mən öləndə sözüm də mənlə gedəcək.


Dinle Elvin Nasir Misra Çevrimiçi

Yorum - Ziyaretçi Yorumları

Müzik indir – Şarkı
/* Muzik */